Futbol matçında faciə - Tribuna çökdü - VİDEO

11:52 - 21 Mart 2022

Futbol matçında faciə - Tribuna çökdü -  VİDEO

Hindistanın Kerala ştatında futbol matçı zamanı quraşdırılmış müvəqqəti tribuna uçub.

 

Manset.az "report"a istinadən xəbər verir ki, oyunun start fitindən öncə baş vermiş hadisə nəticəsində azı 200 nəfər xəsarət alıb. Onlardan 5-nin vəziyyəti ağırdır.

Tribu ilə yanaşı, işıqlandırma dirəyi də çöküb. Qarşı tribunalardakı azarkeşlər xəsarət alan insanların köməyinə qaçıb.

Qeyd edək ki, görüş Punqod şəhərində keçirilməli idi. Kerala ştatında futbol populyar olduğundan, xeyli sayda fanat matçı izləmək istəyib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az