Almaniyada daşqınlar nəticəsində həlak olanların sayı 169-a çatıb.
Manset.az bu barədə “Agence France-Presse” agentliyinə istinadən xəbər verir.
Onun məlumatına görə, təkcə Reynland-Pfalts federal torpağında təbii fəlakət qurbanlarının sayı 121 nəfər təşkil edir.
Daha əvvəl 164 nəfərin həlak olması barədə xəbər verilirdi.
Qeyd edək ki, iyulun 12-dən etibarən Almaniyanın qərbində və cənub-qərbində yağan leysan yağışları dağıdıcı daşqınlara səbəb olub.