Afrikada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

23:01 - 21 İyul 2021

Afrikada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

Afrikada koronavirusa yoluxanların sayı 6,28 milyon nəfəri ötüb.

Manset.az xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, iyulun 21-i üçün Afrikada koronavirusa 6 281 998 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 159 719 nəfəri vəfat edib, 5 513 426 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə, Misirdə və Efiopiyada qeydə alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az