7 il əvvəl pandemiyaya hazır olmalı olduğumuzla bağlı xəbərdarlıq edən Bill Qeytsdən yeni xəbərdarlıq gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qeyts dünyanı gözləyən təhlükəni “ən qorxulu şey” olaraq xarakterizə edib.
New York Times qəzetinin suallarını cavablandıran milyarder iş adamı Ukraynadakı müharibənin və qlobal iqtisadi çətinliklərin dünyanın iqlim dəyişikliyi ilə mübarizəsinə mane olacağından narahat olduğunu bildirib.
Bu vəziyyəti "ən qorxulu şey" olaraq xarakterizə edən Qeyts, "Gözlədiyimdən də pis bir yerdəyik" deyib.
İqlim dəyişikliyini hər fürsətdə dünya üçün ən böyük təhlükə olaraq qeyd edən Qeyts G20 sammitinin bəyanatında qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını açıqlayıb.