ABŞ-ın müdafiə naziri Lloyd Ostin İraqa gözlənilməz səfəri zamanı Bağdadda mətbuat konfransı keçirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ostin, İŞİD-ə qarşı yaradılan koalisiya qüvvələrinin İraq hökuməti ilə birlikdə çalışaraq terror təşkilatına son qoymaqda qərarlı olduğunu bildirib:
"Diqqətimizi İŞİD-in tamamilə məhv edilməsi məsələsinə yönəltmişik. Təkcə hərbi səylər İŞİD-in sonunu təmin edə bilməz. ABŞ-ın İraqdakı varlığına hər hansı bir hücum da İŞİD-lə mübarizəni poza bilər”.
Manşet.az