“Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir” - BMT-nin Baş katibi

17:59 - 20 May 2023

“Dünyanın iki yerə bölünməsinin qarşısını almaq vacibdir” - BMT-nin Baş katibi

"Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır”.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Yaponiyanın "Kyodo”agentliyinə müsahibəsində deyib.

"Hesab edirəm ki, dünyanın iki yerə parçalanmasının qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, - baş katib vurğulayıb.

O qeyd edib ki, Ukraynadakı müharibə məsələsində birbaşa sülhün əldə olunması üçün perspektiv görmür.

Şimali Koreyanın nüvə proqramının tamamilə qəbuledilməz olduğunu deyən A.Quterreş nüvə silahının olmadığı dünyanın qurulmasının mümkün olduğunu düşünür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az