Rusiya Ukraynada "Patriot"a uduzdu - Podolyak

09:34 - 21 May 2023

Rusiya Ukraynada \"Patriot\"a uduzdu - Podolyak

"Patriot" sistemlərindən səmərəli istifadə etməklə Ukrayna artıq rusları hava müharibəsində məğlub edib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Tarix dərsliklərində yazılacaq ki, Rusiya Ukraynaya və "Patriot"a uduzdu. Bu, fantastik səslənir. Bununla belə, ümumiyyətlə, "bizim nəyisə etməyə haqqımız var, ya yox" kimi ritorikadan qurtulmaq lazımdır. Bizim hər şeyi etməyə haqqımız var. "Patriot" tamamilə yaxşı vəziyyətdədir. Onun orada heç bir problemi yoxdur. O, Kiyevin səmasını qorumağa davam edəcək”, - Podolyak bildirib.

Podalyak qeyd edib ki, Ukraynanın bu gün etdiyi hər şey beynəlxalq hüquq çərçivəsində və tamamilə qanunidir:

"Bizim işğal olunmuş ərazilərdə hər şeyi vəhşicəsinə məhv etmək hüququmuz var”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az