Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

15:56 - 21 May 2023

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 203 160 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 783 tank, 7 398 zirehli maşın, 3 258 artilleriya sistemi, 564 reaktiv yaylım atəşi sistemi, 327 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 822 PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 6 115 avtomobil texnikası və avtosistern, 425 xüsusi texnikadan ibarətdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az