Putin Baxmutun işğalına görə "Vaqner"i təbrik etdi

18:13 - 21 May 2023

Putin Baxmutun işğalına görə \"Vaqner\"i təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” qrupu və Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçilərini Baxmut şəhərinin nəzarətə götürülməsi münasibətilə təbrik edib.

 

Manset.az xəbər verir ki, bu barədə Gazeta.ru nəşri məlumat yayıb.

Qeyd edək ki, “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın Ukraynanın Baxmut şəhərini tam nəzarətə götürdüyünü vurğulayıb.

Lakin Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyini təsdiq edən məlumatı təkzib edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az