Türkiyədə gölə girərək intihara cəhd edən şəxs AFAD qrupu tərəfindən xilas edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, içkili olduğu iddia edilən 42 yaşlı şəxs naməlum səbəbdən avtomobillə gəldiyi gölün kənarında suya girərək intihara cəhd edib. Ətrafdakı vətəndaşlar tərəfindən hadisə yerinə 112 Təcili Xidmət, AFAD və jandarm qrupları sövq edilib. AFAD və su dalğıcları 42 yaşlı kişini razı salmağa çalışıblar.
AFAD qrupunun səyləri nəticəsində razılaşan adam sudan çıxarılıb. Hadisə yerinə gələn 112 qrupların müdaxiləsindən sonra o, xəstəxanaya aparılıb.
Jandarm qrupları hadisələ əlaqədar araşdırma başladıb.
Manşet.az