Adanada suvarma kanalına düşən avtomobildən 3 kişinin meyiti tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, vətəndaşlar polisə suvarma kanalında bir avtomobil olduğunu bildirib. Xəbərdarlıq üzərinə hadisə yerinə gələn sualtı polislər tərsinə duran avtomobili yoxlayan zaman içəridə 3 kişinin olduğunu görüblər. Kişilər dərhal çıxarılıb, lakin onların öldüyü müəyyən edilib.
Üzərlərində şəxsiyyət vəsiqəsi olmayan 3 nəfərin adlarını müəyyən etmək mümkün olmayıb. Meyitlər məhkəmə-tibb morquna aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Manşet.az