Rusiyanın Su-35 təyyarəsi bu ərazimizə düşdü – Ukrayna açıqladı

11:23 - 22 May 2023

Rusiyanın Su-35 təyyarəsi bu ərazimizə düşdü – Ukrayna açıqladı

Ukrayna Baş Qərargahı ötən gün Rusiyanın Su-35 təyyarəsinin ölkənin Xerson vilayətinin ərazi sularına düşdüyü barədə məlumat yayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Prezidentliyin sosial media hesabından edilən açıqlamada, Rusiyanın dünən axşam saatlarında Ukraynanın Dnepr şəhərindəki hərbi və infrastruktur obyektlərinə pilotsuz uçuş aparatı (PUA) və raket hücumu həyata keçirdiyi bəyan edilib.

Hücumların müxtəlif tipli 16 raket və 20 Şəhid-136/131 PUA ilə həyata keçirildiyi, 4 qanadlı raket və PUA-nın hamısının məhv edildiyi bildirilib.

Bəyanatda həmçinin deyilir: “Günün sonunda Rusiyaya məxsus Su-35 təyyarəsi Xerson bölgəsində Ukrayna ərazi sularına düşüb. Təyyarə qəzasının səbəbləri araşdırılır”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az