Almaniyanın Karlsrue şəhəri yaxınlığındakı Linkenheim-Hoxştetten bölgəsində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya polisi Rheinstetten-dən havaya qalxan kiçik təyyarənin itməsi və təyyarənin qalıqlarının Linkenheim-Hochstettendəki gölməçənin yaxınlığında tapılmasından sonra helikopter yardımı ilə axtarış-xilasetmə işlərinə başlanıldığını açıqlayıb.
Xilasetmə qrupunun əraziyə gediş-gəliş çətin olduğundan əraziyə nəqliyyat vasitələri ilə deyil, piyada çatdığı bildirilib.
Polis 2 pilotun həyatını itirdiyi barədə məlumat paylaşıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Manşet.az