Paşinyandan Moskva görüşü ilə bağlı açıqlama

13:25 - 22 May 2023

Paşinyandan Moskva görüşü ilə bağlı açıqlama

“Mayın 25-i Moskvada Ermənistan və Azərbaycan liderləri arasında keçirilməsi planlaşdırılan görüşdə sülh müqaviləsinin imzalanmasını real hesab etmirəm”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sözügedən görüşə çox az vaxt qalıb.

Xatırladaq ki, Nikol Paşinyan mayın 18-i hökumətin iclasında bildirib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçirilməsini təklif edib. Görüşün mayın 25-i keçirilməsi planlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az