İstanbulun Beyoğlu rayonunun Taksim küçəsindəki gecə klubunda şou zamanı 3 nəfər yaralanıb.
Mansset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə işçinin müştərilərə sürpriz etməsi zamanı baş verib.
Belə ki, işçilərdən biri dəzgaha spirt töküb və yanğın şiddətlənərək ətrafa sıçrayıb.
Nəticədə 2-si qadın olmaqla 3 nəfər xəsarət alıb.
Hadisə yerinə çox sayda sağlamlıq qrupu cəlb edilib. Yaralılar ilk müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.
Zərərçəkənlərin həyati təhlükəsinin olmadığı bildirilib.
Hadisə ilə əlaqədar "Ehtiyatsızlıqdan xəsarət yetirmə" cinayəti ilə məhkəmə istintaqı aparılan 3 nəfər prokurorluğun qərarı ilə sərbəst buraxılıb.
Görüntüləri təqdim edirik: