Rusiyadan NATO-ya XƏBƏRDARLIQ

15:59 - 22 May 2023

Rusiyadan NATO-ya XƏBƏRDARLIQ

Rusiya ABŞ və müttəfiqlərinin Ukraynaya F-16-ların tədarükünə razılıq verməsinə reaksiya verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ prezidenti Co Bayden ukraynalı pilotlar üçün F-16 qırıcılarının təlim proqramlarını təsdiqləyib. Ukrayna prezidenti Vladimir Zelenski Baydeni əmin edib ki, təyyarə Rusiya ərazisinə daxil olmaq üçün istifadə edilməyəcək.

Rusiyalı diplomatlar Ukraynanın lazımi F-16 infrastrukturuna malik olmadığını bildiriblər. Bununla bağlı NATO-ya xəbərdarlıq edilib.

Rusiyanın yüksək səviyyəli diplomatları bildiriblər ki, Ukraynaya F-16 təyyarələrinin tədarükü NATO-nun münaqişədəki rolunu şübhə altına alacaq və Rusiyanın hərbi məqsədlərinə xələl gətirməyəcək.

"Ukraynada F-16-nın istismarı üçün heç bir infrastruktur yoxdur, lazımi sayda pilot və texniki heyət yoxdur", - Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Antonov, "Amerika qırıcıları xarici "könüllülər" tərəfindən idarə olunan NATO aerodromlarından qalxsa nə olacaq?" – o, əlavə edib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ təyyarələrinin Ukraynaya təhvil verilməsinin “tamamilə mənasız və axmaqlıq” olacağını bildirib və əlavə edib:

“Bu səylər tamamilə faydasız və mənasızdır: bizim imkanlarımız elədir ki, xüsusi hərbi əməliyyatın bütün məqsədləri sözsüz ki, həyata keçiriləcək”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az