Rusiya nazirinin müavini təyyarədə öldü - FOTO

16:07 - 22 May 2023

Rusiya nazirinin müavini təyyarədə öldü - FOTO

Rusiya təhsil nazirinin müavini Pyotr Kuçerenko təyyarədə dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kubaya rəsmi səfərlə bağlı nümayəndə heyəti ilə görüşlər keçirən Rusiya təhsil və elm nazirinin müavini Pyotr Kuçerenkonun qayıdış zamanı təyyarədə qəflətən halı pisləşib.

Uçuş heyətinin müdaxilə etdiyi rus bürokrat dünyasını dəyişib.

Rusiyaya endikdən sonra təyyarədən cansız bədəni çıxarılan 46 yaşlı Kuçerenkonun ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az