BMT-dən epidemiya ilə bağlı HƏYƏCAN TƏBİLİ - 43 ölkədə 1 milyard insan təhlükədədir

16:29 - 22 May 2023

BMT-dən epidemiya ilə bağlı HƏYƏCAN TƏBİLİ - 43 ölkədə 1 milyard insan təhlükədədir

Birləşmiş Millətlər Təşkilatı (BMT) 43 ölkədə təxminən 1 milyard insanın təhlükə altında olduğunu bildirərək epidemiyaya qarşı xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada bir çox ölkənin epidemiya ilə üzləşdiyi açıqlanıb.

Açıqlamada, yoluxma hallarının sayının artdığı və vəba epidemiyası ilə bağlı vəziyyətin 10 il əvvəlkindən daha pis olduğu bildirilib.

43 ölkədə bir milyard insanın vəba riski altında olduğu qeyd edilən açıqlamada, xüsusilə 5 yaşdan kiçik uşaqlarda bu riskin çox daha yüksək olduğu vurğulanıb.

Qeyd olunub ki, vəbadan ölüm halları həyəcan verici səviyyədə artıb. Bu il Malavi və Nigeriyada yoluxma sayının gözləniləndən çox olduğu ifadə edilən açıqlamada Malavi, Mozambik, Cənubi Afrika, Tanzaniya, Zambiya və Zimbabvedə yayılan infeksiyaların Cənub-Şərqi Afrikanı ciddi şəkildə təsir etdiyi bildirilib.

ÜST-nin qlobal vəba reaksiyası üzrə direktoru Henri Qrey qeyd edib ki, onlar vəba hadisələrinin mövsümi olaraq dəyişə biləcəyini və daha çox arta biləcəyini proqnozlaşdırırlar:

"Son onilliklərdə vəba epidemiyası ilə mübarizədə böyük addımlar atılıb. Lakin hazırda vəziyyətin geriyə doğru getməsi riski ilə üzləşirik".

UNİCEF ilə sıx əməkdaşlıqda çalışdıqlarını ifadə edən Qrey, 2025-ci ilə qədər peyvənd dozalarını ikiqat artırmalı olduqlarını söyləyi.b

Peyvəndin tək başına bir həll yolu olmadığına diqqət çəkən Qrey, "Peyvəndləmə bir vasitədir, amma ümumi bir həll yolu deyil. Su kanalizasiyasına investisiyalar prioritetlər arasında olmalıdır. Bunun üçün təcili vəsaitə ehtiyacımız var" – vurğulayıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az