Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu York Baş Konsulluğunun yerləşdiyi "Türkevi" binasına hücum edilib.
Bu barədə Manset.az Trt Haber-ə istinadən xəbər verir.
Hadisə ilə bağlı, Nyu York polisi binaya maddi ziyan vuran hücumla bağlı araşdırmalara başlayıb.
Naməlum şəxs əlində dəmir lomla "Türkevi" binasının aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb.
"Türkevi" ətrafında təhlükəsizlik zolağı olan Nyu York Polisi hadisə ilə bağlı araşdırma başlatdı.
Polis bildirib ki, hücumda yalnız maddi ziyan dəyib.
Jalə
Manşet.az