Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,5 maqnitudalı zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 7 km dərinlikdə olub.
Təbiət hadisəsi Bakı vaxtı ilə 19:42-da qeydə alınıb.
Jalə