"WhatsApp" mesencerində yeni funksiya istifadəyə verilib.
Manset.az BAKU.WS-ə istinadən məlumatına görə, istifadəçilər səhv etdikləri və ya fikrlərini dəyişdikdə göndərilmiş mesajlarını redaktə edə biləcəklər.
Yeniliyi istifadə etmək üçün istifadəçilər göndərilən mesajın üzərinə basaraq "Edit" bölməsini seçməlidir.
Redaktə edilmiş mesajların yanında "redaktə edilmiş" yazısı görüncək, beləliklə, mesajlaşdığınız şəxslər redaktə tarixçəsini görmədən düzəlişdən xəbərdar olacaqlar.
Bütün şəxsi mesajlarda, mediada və zənglərdə olduğu kimi, mesajlar və edilən redaktələr şifrələmə ilə qorunacaq.
Funksiya yaxın həftələrdə hər kəs üçün əlçatan olacaq.