Amerika Birləşmiş Ştatlarında 22 yaşlı gəncin taxma dişi ciyərinə batıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər veri ki, Uiskonsin əyalətində yaşayan gənc epilepsiya (beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalması) keçirən zaman gümüşdən olan protezini udub.
Bundan sonra o, şiddətli öskürək və ciyərlərində xışıltı olması səbəbilə həkimə aparılıb. Orqanları rentgenə salınan zaman ağ ciyərində 4 sm uzunluğunda taxma diş aşkar edilib.
Həkimlər gəncin ağ ciyərindəki protezi çıxarıblar. Müalicələr aparıldıqdan sonra isə o, xəstəxanadan evə buraxılıb. 