Qətlə yetirilən gəncin ailəsinə 2 milyon təzminat ödənildi - FOTO

12:55 - 23 May 2023

Qətlə yetirilən gəncin ailəsinə 2 milyon təzminat ödənildi - FOTO

ABŞ-ın Nevada ştatının Sparks qraflığında polis tərəfindən öldürülən 18 yaşlı qaradərili gəncin ailəsinə 2 milyon dollar təzminat ödənilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ailənin vəkili, “Sparks County” sığorta şirkətinin gəncin qətli ilə bağlı iddiada 2 milyon dollarlıq təzminatın son hissəsini də ödədiyini açıqlayıb.

2 milyon dollarlıq təzminata əlavə olaraq, Sparks rayon rəhbərliyinin polisə 40 saat böhrana müdaxilə təhsili verməyi öhdəsinə götürdüyünü vurğulayan vəkil, həmçinin güc tətbiqi ilə bağlı təlimlərin, intihar hadisələrinə müdaxilənin və psixoloji problemlərlə ünsiyyətin uzlaşmada olan maddələr arasında olduğuna diqqət çəkib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az