Polşada ukraynalı pilotlara döyüş təlimi başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel Ukrayna pilotlarının Polşa və bir sıra digər ölkələrdə F-16 təlimlərinə başladığını açıqlayıb.
“Mən xoşbəxtəm ki, F-16 təlimləri nəhayət ukraynalı pilotlara verilməyə başladı”.
Borrel bunun vaxt aparacağını, lakin nə qədər tez tamamlansa, bir o qədər yaxşı olduğunu söyləyib.
Manşet.az