Məşhur müğənninin konserti üçün evsizlər hotellərdən çıxarılır - FOTO

15:00 - 23 May 2023

Məşhur müğənninin konserti üçün evsizlər hotellərdən çıxarılır - FOTO

İngiltərənin paytaxtı Londonun şimalında yerləşən “Travelodge” hotel şəbəkəsində qalan evsiz ailələr, yerli bələdiyyə rezervasiya müddətini uzatmadığı üçün ayın sonunda keçiriləcək Beyons konsertlərindən əvvəl otaqlarından çıxarılacaq.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünya şöhrətli müğənni Beyonsun Londonda Renessans dünya turu ilə əlaqədar olaraq 30-a yaxın ailə başqaları tərəfindən otaqları bron edildiyi üçün qaldıqları hoteldən çıxarılacaq.

Beyonsun mayın 29-dan iyunun 4-dək otelin yaxınlığındakı Tottenham Hotspur stadionunda beş gecə konsert verməsi planlaşdırılır.

100-ə yaxın otaq, yəni otelin üçdə ikisi hazırda bələdiyyə tərəfindən bron edilib.

Enfild şurasına evsiz qaldığını bildirən ailələrin və fərdlərin istifadə etdiyi hər otaqda dörd və ya beş nəfər yaşayır.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az