Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən danışmaq tezdir, bunun üçün hələlik ilkin şərtlər yoxdur.
Manset.az axar.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bunu müzakirə etmək mümkün deyil, çünki Rusiya ilə hər hansı danışıqlar qadağandır”, - Peskov bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərar imzalamışdı.