Qorxunc xəbərdarlıq: Qlobal iqtisadiyyatlar buna hazır deyil

11:46 - 24 May 2023

Qorxunc xəbərdarlıq: Qlobal iqtisadiyyatlar buna hazır deyil

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi ilə hazırlanan hesabatda qlobal iqtisadiyyatların yeni epidemiyalara əvvəlki qədər hazır olmadığı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən 2020-ci ildə Kovid-19 ilə mübarizə məqsədilə yaradılan və iqtisadiyyatları “hamı üçün sağlamlıq” nöqteyi-nəzərindən qiymətləndirən “Hamı üçün Səhiyyə İqtisadiyyatı Şurasının” ilk hesabatı dərc olunub.

BMT-nin Cenevrə ofisində keçirilən mətbuat konfransında hesabatı şərh edən Qebreyesus xatırladıb ki, 2020-ci ilin noyabrında o, səhiyyə sahəsində iqtisadi siyasətləri yenidən nəzərdən keçirmək və həyata keçirmək üçün Mariana Mazzukatonun sədrliyi ilə Hamı üçün Səhiyyə İqtisadiyyatı Şurasının yaradılmasını elan edib.

Şura sədri Mazzukato, hesabatın hazırlanması üçün Kovid-19 prosesində səmərəli işlədiklərini söyləyib.

Kovid-19-un bitdiyi deyilsə də, bir-birinə bağlı böhranlar səbəbiylə epidemiyanın bitmədiyini vurğulayan Mazzukato, maliyyə, sağlamlıq və iqlim sahələrində yaşanan böhranların da epidemiya ilə əlaqəli olduğunu bildirib.

"Biz daha çox epidemiya ilə qarşılaşacağımızı bilirik. Məsələn, buzlaqlar əridikcə yeni viruslar meydana çıxacaq. Yeni viruslara (epidemiyalara) əvvəlkindən daha hazırlıqlıyıqmı? (Qlobal iqtisadiyyatlar baxımından) Şuranın hesabatında buna “yox” deyilir. Çünki biz hər kəsin sağlamlığına ciddi yanaşmadıq və biznes modelləri hazırlamadıq”.

İdarəetmə strukturlarının sağlamlıq sahəsində hər kəsi əhatə edəcək şəkildə hazırlanmadığına diqqət çəkən Mazzukato, dövlət-özəl tərəfdaşlıqların nəticəyönümlü şəkildə qurulmadığını da vurğulayıb.

 

"Qlobal miqyasda səhiyyə sistemləri ətrafında böyük maliyyə boşluğu var. Biz patentlərin strukturu, dövlət-özəl tərəfdaşlıq və büdcələr daxil olmaqla, hamının sağlamlığını təmin edən iqtisadiyyatın dizaynı üçün lazım olan dəyişikliklərə baxdıq. Hesabatımızda biz bazar fiksasiyası haqqında deyil, insan və dünya sağlamlığını prioritetləşdirən bazarları fəal və əməkdaşlıqla formalaşdırmaq üçün yeni iqtisadi siyasətə çağırırıq”.

Hesabata görə, hamı üçün sağlamlığın təmin edilməsi hökumətin potensialına, ümumi maraq və daha çox maliyyələşdirməyə üstünlük verən səhiyyə innovasiyalarının yeni ekosisteminə və yüksək keyfiyyətli maliyyələşdirməyə yenidən sərmayə qoyulmasını tələb edir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az