Rusiya Müdafiə Nazirliyi Ukrayna mövqelərinin artilleriya atəşinə tutulduğu anların görüntülərini paylaşıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin bəyanatında, “Mərkəzi Hərbi Dairə artilleriyası pilotsuz uçuş aparatının ekipajı ilə əməkdaşlıq edərək təyin olunmuş hədəfləri vurmaqla yanaşı, düşmən artilleriyasına qarşı batareya döyüşü ilə də məşğul olur” - deyilir. Haubitsanın ekipajı Amerikanın M113 zirehli personal daşıyıcısını məhv etməyə müvəffəq olub.
Nazirlik həmçinin Dnepr çayının şərqində Ukrayna ordusuna məxsus zirehli texnikaların artilleriya mərmiləri ilə vurulduğunu açıqlayıb.
Manşet.az