Ermənistan parlamentində yenidən dava düşdü - VİDEO

14:18 - 24 May 2023

Ermənistan parlamentində yenidən dava düşdü - VİDEO

Ermənistan parlamentində ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə müxalif millət vəkilləri arasında dava düşüb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının üzvü Artur Sarkisyanın çıxışından sonra onunla hakim partiyanın nümayəndəsi Ovik Ağazaryan arasında mübahisə yaranıb. Daha sonradan mübahisəyə digər deputatlar da qoşulub. 

Təhlükəsizlik xidmətinin əməkdaşları parlamentin spikeri Alen Simonyanın göstərişi ilə Artur Sarkisyanı iclas zalından çıxarıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az