Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında Belqorod vilayətindəki vəziyyətlə bağlı açıqlamalar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qladkov bölgəyə pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirildiyini bildirib.
“Çoxlu dron hücumları olub. Bunların çoxu hava hücumundan müdafiə sistemləri ilə vuruldu, lakin Belqorodda dağıntılar var. 550-dən çox adam Qrayvorondakı müvəqqəti yerləşdirmə mərkəzindədir. Təhlükəsizlik qüvvələri ərazini təmizləyib icazə verdikdən sonra onlar öz evlərinə qayıda biləcəklər”.
Manşet.az