Yunanıstan prezidenti Katerina Sakellaropulo yeni parlament seçkilərinə hazırlıq üçün yüksək səviyyəli hakimi müvəqqəti baş nazir təyin edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Yunanıstanın Rəyasət Heyətinin bəyanatında deyilir.
Yunanıstanda mayın 21-də keçirilən parlament seçkilərində heç bir partiya təkbaşına hökumət qurmaq üçün lazımi səs çoxluğu əldə edə bilmədi və partiya liderləri koalisiya hökuməti qura bilmədi.
Manşet.az