Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə, Facebook, Instagram və WhatsApp-ın sahibi Metanın məlumat sorğuları səbəbindən Aİ Komissiyasına qarşı qaldırdığı iddia ilə bağlı qərar verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqı (Aİ) məhkəməsi Aİ Komissiyasının rəqabət araşdırmaları üçün Meta-dan əhəmiyyətli məlumatlar tələb etməsinin qanuni olduğuna qərar verib.
Məhkəmə Metanın Aİ Komissiyasının axtarış şərtləri ilə müəyyən edilmiş sənədləri açıqlamaq tələbinə qarşı iddiasını rədd edib.
Qərarda deyilir:
"Ümumi Məhkəmə hesab edir ki, Meta platforması axtarış şərtləri ilə müəyyən edilmiş sənədlərin təqdim edilməsi tələbinin zəruri olandan kənara çıxdığını və ya virtual məlumat otağının yaradılmasının həssas şəxsi məlumatların adekvat qorunmasını təmin etmədiyini uğurla nümayiş etdirə bilməyib”.
Manşet.az