Çinə 2 günlük rəsmi səfəri çərçivəsində Rusiyanın baş naziri Mişustin həmkarı Li Çanq ilə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, görüş zamanı Mişustin iki ölkə arasında əlaqələrin görünməmiş səviyyədə artdığını vurğulayaraq, Rusiya və Çin birlikdə beynəlxalq aləmdə artan qarışıqlığa və kollektiv Qərbin qeyri-qanuni sanksiya təzyiqinə qarşıdırlar deyib.
Beynəlxalq mühitin qeyri-sabitliyinə baxmayaraq, iki ölkə arasında ticari və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyinə diqqət çəkən Mişustin ikitərəfli ticarət həcminin ötən il 190 milyard dolları keçdiyini, bu ilin birinci rübündə isə 52 milyard dollara çatdığını bildirib.
Mişustin, ticarət həcminin bu ilin sonuna kimi iki ölkə liderləri tərəfindən qoyulan 200 milyard dollar hədəfinə çatacağına və onu keçəcəyinə inandığını bildirib.
Çin və Rusiya arasında nəqliyyat və logistika yollarının yaradılmasının yeni geosiyasi reallıqda əhəmiyyət qazandığını vurğulayan Mişustin sərhəd bölgələrində birgə infrastruktur layihələrini sürətləndirməyə hazır olduqlarını bildirib.
Görüşdən sonra iki ölkə arasında kənd təsərrüfatı və heyvandarlıq məhsullarının ticarəti, ticarət xidmətləri və idman əməkdaşlığı sahələrində birgə niyyət bəyannaməsi, patent prosedurlarının sürətləndirilməsi üzrə pilot proqramın yenilənməsi ilə bağlı birgə niyyət bəyanatı imzalanıb.
Jalə
Manşet.az