NATO-nun Ukraynaya dəstəyi Rusiyanı bezdirməkdə davam edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələr Toplantısında “NATO-nun genişlənmə siyasəti Hitlerin Drang Nach Osten siyasətinə bənzəyir” deyib.
Manset.az İhlas Xəbər Agentliyinə istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndələr Toplantısında xarici işlər naziri Sergey Lavrov ölkəsinin xarici siyasəti və Qərb dövlətləri ilə yaşanan gərginliklə bağlı danışıb.
Ötən gün Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitinin ortaq bəyanatında Rusiya və Çinin hədəf alındığını və Qərb ölkələri tərəfindən onların strateji düşmən kimi görüldüyünü müdafiə edən Lavrov bildirib ki, Onlar "demokratiya" və "avtokratiya" arasında fərq qoyurlar. Qərb Rusiya və Çini öz hökmranlığına təhlükə kimi görür.
Jalə
Manşet.az