Bu ölkədə 6,6 bal gücündə zəlzələ oldu

09:59 - 25 May 2023

Bu ölkədə 6,6 bal gücündə zəlzələ oldu

Cənubi Amerikanın Kolumbiya ölkəsində 6,6 bal gücündə zəlzələ baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kolumbiya Geoloji Xidməti (SGC) bildirib ki, episentri Karib dənizində, ölkənin Akandi şəhərindən 41 kilometr aralıda olan 6,6 bal gücündə zəlzələ yerli vaxtla saat 10:05-də və yerin 30 kilometr dərinliyində baş verib.

SGC bildirib ki, bir neçə dəqiqə sonra daha bir 4,6 bal gücündə zəlzələ baş verib. Milli Fəlakət Riskinin İdarə Edilməsi Bölməsi indiyə qədər zəlzələ nəticəsində can və ya mal itkisinin olmadığını açıqlayıb.

Zəlzələ Antiokiya, Kordoba və Şokonun inzibati rayonlarında və qonşu Panamada da hiss olunub.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az