Zelenskidən F-16 ilə bağlı AÇIQLAMA

12:17 - 25 May 2023

Zelenskidən F-16 ilə bağlı AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski hava hücumundan müdafiə sisteminin güclü təyyarələrlə tamamlana biləcəyini ifadə edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski bunu xalqa müraciətində deyib:

“Ukrayna səmasında qısa zamanda əsaslı nəticələrə çatmaq üçün əlimizdən gələni edirik. Aydındır ki, bu qlobal addım bizə müdafiə imkanlarımızı genişləndirməyə imkan verəcək. Çünki hava hücumundan müdafiə sistemi ancaq güclü təyyarələrlə tamamlana bilər.

Digər tərəfdən, ilk Ukrayna F-16-sı Rusiyanın təkbaşına öz aqressiyasına görə uduzacağına, zəifləyəcəyinə və təcrid olunacağına dair dünyanın ən güclü siqnallarından biri olacaq.

Bu, Rusiya terrorizminin uduzduğunun, müstəqil xalqlara hörmət və xalqların öz yollarını seçmək hüququ əsasında dünyamızın sağ qaldığının əlaməti olacaq”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az