Rusiya bu ölkənin 5 diplomatını ölkədən qovacaq

15:15 - 25 May 2023

Rusiya bu ölkənin 5 diplomatını ölkədən qovacaq

İsveç keçən ay 5 rusiyalı diplomatı ölkədən çıxardıqdan sonra Rusiya cavab addımı atıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya İsveçdən qovulan 5 rus diplomata qarşı 5 isveçli diplomatın ölkədən çıxarılacağını açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, ötən ay İsveçdən qovulan rus diplomatlara qarşı Rusiyada çalışan 5 isveçli diplomatın ölkədən çıxarılacağı açıqlanıb. İsveçin rus diplomatlarını ölkədən çıxarmasının “düşmən addımı” olduğu bildirilən bəyanatda İsveç diplomatlarının ölkədən çıxarılması qərarının iki ölkə arasındakı münasibətlərdə “əks tendensiya”ya cavab olaraq verildiyi vurğulanıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az