ABŞ-da çıxan “New York Times” qəzeti mayın 3-də Kremlə pilotsuz təyyarə ilə hücumun arxasında Ukrayna kəşfiyyatının dayandığını yazıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qəzetin ABŞ rəsmilərinə əsaslandığı xəbərdə Amerika kəşfiyyat xidmətlərinin həm Rusiya, həm də Ukrayna rəsmilərinin çıxışlarını dinlədiyi və hücumun Ukrayna ordusu və ya kəşfiyyatı tərəfindən həyata keçirildiyi qənaətinə gəldiyi bildirilib.
Xəbərdə həmçinin ABŞ rəsmilərinin hücumların hansı bölmə tərəfindən həyata keçirildiyini dəqiq bilmədiyi, bəzi səlahiyyətlilərin isə Zelenskinin hücumdan xəbəri olmadığını düşündüyü paylaşılıb.
PUA hücumundan əlavə, ABŞ rəsmiləri rus ideoloqu Duqinin qızına bombalı hücumun, rusiyalı hərbi bloger Tatarskinin öldürülməsinin və Rusiyanın Ukrayna sərhədindəki Belqorod şəhərinə hücumun arxasında da Ukrayna qüvvələrinin dayandığına inanırlar.
“The New York Times” ABŞ rəsmilərinin Kremlə edilən hücumdan narahat olduğunu, Bayden administrasiyasının isə Rusiyanın hücumda ABŞ-ı ittiham edərək müharibəni genişləndirəcəyindən narahat olduğunu yazıb.
Manşet.az