Taxta biti Avropanı işğal etdi: Əvvəlcə Fransa, indi Yunanıstan

17:07 - 06 Oktyabr 2023

Taxta biti Avropanı işğal etdi: Əvvəlcə Fransa, indi Yunanıstan

Yunanıstan ölkə daxilində tez-tez görülən taxta biti səbəbiylə turizm zonalarında "həyəcan vəziyyətinə" keçib.  

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yunanıstan Taxta biti Zərərsizləşdirmə Şirkətləri Dərnəyinin (SEAME) prezidenti Yorgos Lambru məlumat verib.

Lambru taxta bitilərin baqaj və ictimai nəqliyyat vasitəsi ilə asanlıqla yayıla biləcəyinə diqqət çəkib. Böcəklərin otellərdə, düşərgələrdə və mənzillərdə görüldüyünü bildirib.

Lambru xalq sağlamlığına mənfi təsir göstərməmək üçün dərman istifadəsində diqqətli olmaq lazım olduğu barədə xəbərdarlıq edib.

Qeyd edək ki, 2024-cü il Paris Olimpiadasına ev sahibliyi edəcək Fransada "taxta biti" ilə bağlı narahatlıqlar artıb və bu həşərat məktəblərdə də görülüb.

Aygün

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az