Baydenə "gizli sənəd" sorğusu: İki gün çəkdi

17:49 - 10 Oktyabr 2023

Baydenə \"gizli sənəd\" sorğusu: İki gün çəkdi

Ağ Ev ABŞ prezidenti Co Baydenin ofisində və qarajında ​​tapılan məxfi sənədlərə görə xüsusi prokuror Robert Hur tərəfindən dindirildiyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada dindirilmənin iki gün davam etdiyi bildirilib.    

Bu vəziyyət Ağ Ev tərəfindən açıqlansa da, bəyanatda suallar və Baydenin cavabları ilə bağlı məlumat yer almayıb.

Ağ Ev öz bəyanatında Baydenin bütün səmimiyyəti ilə prokurorla birlikdə işləməyə hazır olduğunu vurğulayıb.

Baydenin müşavirlərindən biri olan Riçard Sauber yanvarın 9-da verdiyi açıqlamada, vitse-prezidentlik dövründən 2 noyabr 2022-ci ildə Penn Bayden Mərkəzində Prezidentin şəxsi ofisində “məxfi məlumatları ehtiva edən az sayda sənədlərin” tapıldığını söyləyib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az