BMT İnsan Hüquqları Şurasının 15 yeni üzvü seçildi

20:58 - 10 Oktyabr 2023

BMT İnsan Hüquqları Şurasının 15 yeni üzvü seçildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 15 yeni üzvü seçilib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkda keçirilən 193 üzvdən ibarət BMT Baş Assambleyasında üzvlər gizli səsvermə yolu ilə müəyyən edilib.

Üzvlər regional kateqoriyalar əsasında seçilib.

Ən azı 97 səs toplayan ölkələr İnsan Hüquqları Şurasında iştirak etmək hüququ qazanıb.

Belə ki, Albaniya, Braziliya, Bolqarıstan, Burundi, Çin, Fil Dişi Sahili, Dominikan Respublikası, Kuba, Fransa, Qana, İndoneziya, Yaponiya, Küveyt, Malavi və Niderland 3 il müddətində Şurada vəzifə yerinə yetirəcək.

Yeni seçilmiş ölkələr 2024-cü il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaqlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az