"Türk Hava Yolları" aviaşirkəti İsrail və Fələstindəki vəziyyətə görə Tel-Əvivə uçuşları dayandırıb.
Manset.az Trend-iə istinadən xəbər verir ki, bu barədə şirkət "X" ("Twitter") sosial şəbəkəsində bildirib.
"[Tel-Əvivə] uçuşlarımız İsraildəki mövcud vəziyyətə görə növbəti xəbərdarlığa qədər dayandırılıb", - deyə qeyd olunub.
Şirkət həmçinin oktyabrın 7-dən oktyabrın 23-dək həyata keçirilməli olan Tel-Əvivə reyslərə biletlərin dəyişdirilməsi və ya qaytarılması qaydalarını da öz saytında dərc edib.