Ukrayna taxılı üçün daha bir dəhliz açılır

23:37 - 10 Oktyabr 2023

Ukrayna taxılı üçün daha bir dəhliz açılır

Ukrayna prezidenti Volodimir Zelenski Rumıniyaya səfərindən sonra yaxın vaxtlarda daha bir taxıl dəhlizinin fəaliyyətə başlayacağını açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə o, özünün teleqram kanalında yazıb.

Onun sözlərinə görə, gəmilər Moldovadan keçməklə Rumıniyaya gedəcək. Zelenski başqa təfərrüatları açıqlamayıb.

İyul ayında Rusiya taxıl müqaviləsində iştirakını dayandırıb və Ukrayna limanlarına gedən bütün gəmiləri potensial hərbi hədəflər elan edib.

Avqust ayında Ukrayna üç Qara dəniz limanından: Odessa, Çernomorsk və Yujnıdan gələn gəmilər üçün müvəqqəti dəhlizlərin açıldığını elan edib. Alternativ dəhlizdən ən azı iki Ukrayna gəmisi keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az