ABŞ dövlət katibi Entoni Blinken oktyabrın 12-də İsrailə səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
Miller qeyd edib ki, səfər zamanı Blinken israilli rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.
" Entoni Blinken onların nəyə ehtiyacları olduğunu və necə dəstək verə biləcəyimizi öyrənmək istəyir”, - deyə Dövlət Departamentinin sözçüsü jurnalistlərə bildirib.