HƏMAS yaraqlılarının qəfil hücumu nəticəsində İsrail tərəfində həlak olanların sayı azı 1 200 nəfərdir.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı xəbər verib.
Məlumatda qeyd olunub ki, ölənlər arasında İsrail, ABŞ, Ukrayna, Rusiya, Tailand, Nepal və Fransa vətəndaşları var.
Son məlumata əsasən, yaralıların sayı 3 min nəfər təşkil edir.
Müharibənin ilk dörd günü ərzində terrorçular İsrail ərazisinə minlərlə raket atıblar.
Əsasən İsrailin cənub və mərkəzi rayonları atəşə tutulub. Raket hücumları davam edir.