Süni intellekt texnologiyası bir çox sahədə fayda təmin etsə də, bəzi hallarda arzuolunmaz nəticələr verə bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, süni intellekt çılğınlığının bu dəfəki qurbanı səsləndirmə sənətçisi aktrisa Alleqra Klark olub.
Klarkın səsi onun icazəsi olmadan süni intellekt vasitəsilə kopyalanıb və personajın cinsi əlaqə səhnəsində istifadə edilib.
Klark bunun ona və müştərilərinə zərər verə biləcəyini düşünür.
Klark vəziyyəti onun səsindən istifadə edən süni intellekt şirkəti ElevenLabs-a e-poçt göndərərək bildirib.
Lakin o, şirkət qaneedici cavab verməyib.
Qeyd edək ki, süni intellektin yaratdığı səslər və görüntülər tez-tez mübahisələrə səbəb olur. Süni intellekt proqramları sənətçilərin və siyasətçilərin səslərini və üzlərini real şəkildə təqlid edə bilir. Aktyorlar obrazlarına nəzarəti etmək üçün bununla bağlı müqavilə tələb edirlər.
Əfsanə
Manşet.az