İspaniyanın Viqo şəhərində bir binada baş verən yanğında 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, həyatını itirənlərdən 3-nün 9-14 yaş arasında olduğu bildirilib.
Açıqlamada binadan təxliyə edilən 9 nəfərin xəstəxanaya yerləşdirildiyi, xəsarət alan 3 nəfərin vəziyyətinin ağır olduğu qeyd olunub. Viqoda həyatını itirənlər üçün 3 günlük matəm elan edilib.
Əfsanə
Manşet.az