Rusiya prezidenti Vladimir Putin İsraillə HƏMAS arasındakı qarşıdurmalarda ABŞ-ı günahlandırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Putin Fələstin dövlətinin yaradılmasının vacibliyini bildirib.
Beləki, Rusiya prezidenti ABŞ-ı İsrail-Fələstin münaqişəsinin həlli üçün qurulmuş prosesdən yayınmaqda və fundamental problemləri həll etmədən məsələləri öz əlinə almağa çalışmaqda ittiham edib.
Bölgədəki zorakılıqları dəhşətli kimi xarakterizə edən Putin, Fələstin dövlətinin yaradılması kimi məsələlərə toxunmadan münaqişənin həllinin mümkün olmadığını bildirib.
Əfsanə
Manşet.az