İsrail və Fələstin arasındakı münaqişə Şərqi Aralıq dənizində kruiz marşrutlarında dəyişikliklərə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Gəmiçilik Palatası İzmir Şöbəsinin İdarə Heyətinin sədri Yusuf Öztürk İsrailə getməyi planlaşdırılan, lakin müharibə səbəbindən gedə bilməyən kruiz gəmilərinin İzmir limanına gələcəyini söyləyib.
Öztürk MSC Cruises və Costa Cruises şirkətlərinin marşrutlarında dəyişiklik etdiklərini bildirib. Həmçinin, İsrailin Aşdod və Hayfa limanlarının yelkən cədvəlindən çıxarıldığını, Türkiyənin cənubunda və İzmirdəki limanların mövcudluğuna görə yeni rezervasiyalar edildiyini qeyd edib.
Marşrutu dəyişən ilk gəminin oktyabrın 19-da İzmir limanında lövbər salması gözlənilir.
Əfsanə
Manşet.az