Tovuzda mikroavtobusla minik avtomobili toqquşdu - Ölən və xəsarət alanlar var

09:01 - 01 İyul 2021

Tovuzda mikroavtobusla minik avtomobili toqquşdu - Ölən və xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Tovuz rayon ərazisindən keçən hissəsində "Ford" markalı mikroavtobusla "VAZ-2107" markalı avtomobil toqquşub.

Hadisə zamanı 1970-ci il təvəllüdlü Namiq Məmmədov ölüb, daha 2 nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv